
Ələkbər Məmmədov
-
Dönəm:
Baş məşqçi, 1963-1965, 1971-1972
-
Vətəndaşlığı:
Azərbaycan
-
Doğum tarixi:
09.05.1930
SSRİ əməkdar idman ustası, əməkdar məşqçi, Prezident təqaüdçüsü, “Şöhrət” ordeni laureatı Ələkbər Məmmədov 1930-cu il mayın 9-da Bakıda anadan olub.
O, SSRİ 1947-1953, 1960-1961-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyun keçirib, 56 qol vurub. Moskvanın “Dinamo” (1953-1959) komandasında da top qovan Məmmədov yüksək liqada 1954, 1955, 1957, 1959-cu illərdə çempion olub. 2 dəfə ən yaxşı 33 oyunçu siyahısında onun da adı olub. SSRİ yığmasına da dəvət alıb. 1960-cı ildə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edib.
Futbolçu karyerasın başa vurduqdan sonra məşqçiliyə başlayıb və 1963-1965, 1971-1972-ci illərdə “Neftçi”yə rəhbərlik edib. 1993-cü ildə milli komandanın baş məşqçisi olaraq fəaliyyətini davam etdirib.
Ələkbər Məmmədov 2014-cü il iyulun 28-də vəfat edib