Bakcell Arena | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Bakcell Arena

"Bakcell Arena” – "Neftçi” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi stadiondur.


11000 tamaşaçı tutumuna malik olan "Bakcell Arena” 2012-ci ildə istifadəyə verilib.



 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak ediblər.

 

 

AÇILIŞ MƏRASİMİ HAQQINDA VİDEOREPORTAJ



Bu stadion FIFA U-17 qadınlararası dünya çempionatının, Dünya çempionatı təsnifat mərhələsinin, Çempionlar Liqası təsnifat mərhələsinin, Avropa Liqası təsnifat və qrup mərhələsinin, Avropa çempionatının seçmə mərhələsinin və digər turnirlərin oyunlarnı qəbul edib. "Bakcell Arena" - UEFA-nın təsnifatına görə 4-cü kateqoriyalı stadiondur.


 

Tikinti işlərinə 2010-cu ilin mayında başlanıb. Ümumi ərazisi 22500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilib.


Stadion Bakı şəhərinin Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yerləşir.

 



Tutumu: 11 000 tamaşaçı
VIP yerlər: 908
SkyBoxlar: 17

Azakeşlər üçün "Bakcell Arena”da "Stadium Tour”lar keçirilir.


Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism