"Bakcell Arena” – "Neftçi” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi stadiondur.
11000 tamaşaçı tutumuna malik olan "Bakcell Arena” 2012-ci ildə istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak ediblər.
AÇILIŞ MƏRASİMİ HAQQINDA VİDEOREPORTAJ
Bu stadion FIFA U-17 qadınlararası dünya çempionatının, Dünya
çempionatı təsnifat mərhələsinin, Çempionlar Liqası təsnifat mərhələsinin, Avropa Liqası təsnifat və qrup mərhələsinin, Avropa çempionatının seçmə mərhələsinin və digər turnirlərin oyunlarnı qəbul edib. "Bakcell Arena" - UEFA-nın təsnifatına görə 4-cü kateqoriyalı stadiondur.
Tutumu: 11 000 tamaşaçı
VIP yerlər: 908
SkyBoxlar: 17
Azakeşlər üçün "Bakcell Arena”da "Stadium Tour”lar keçirilir.