Çingiz Abdullayev | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Çingiz Abdullayev

Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olub.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin "Hüquqşunaslıq” fakültəsini bitirib, 1988-ci ildə beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə isə beynəlxalq hüquq üzrə doktorluq dissertasiyası müdafiə edərək, hüquq elmləri doktoru alimlik dərəcəsi alıb.

1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb, 30 dilə tərcümə olunub. 194 adda kitabın müəllifidir. Beynəlxalq Yazıçılar İttifaqının həmsədri və Milli Kitabxananın Müşahidə Şurasının sədridir. Azərbaycan PEN klubun prezidentidir. Əsərlərinə 8 bədii film və 2 serial çəkilib.

2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Polşanın Krakov Universitetinin fəxri professoru adını daşıyır, Qara-Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidentidir.

Azərbaycan xalq yazıçısıdı.

"Şöhrət” ordeni ilə yanaşı, "Ulduz”, "Millətlər Birliyi” ordenləri ilə də təltif edilib.

31 mart 2015-ci ildən "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Azərbaycan, rus, ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism