Cəbrayıl Cəbrayılov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Cəbrayıl Cəbrayılov

Cəbrayıl Səfər oğlu Cəbrayılov 1965-ci il avqustun 15-də Səlyan rayonunun Qaraçala qəsəbəsində anadan olub.

D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumi iqtisadi fakültəsinin məzunudur. N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitunun Bakı filialının "İqtisadiyyat və istehsalın idarə edilməsi” fakültəsini "İqtisadi informasiyanın mexaniki işlənməsinin təşkili” ixtisası üzrə bitirib.

1989-91-ci illərdə Şirvan şəhər XDŞ İcraiyyə Komitəsinin "Sosial-iqtisadi inkişaf” şöbəsində iqtisadçı, eləcə də həmin şöbənin müdiri vəzifəsində çalışıb. 1991-ci ildə Şirvan şəhər İcra Hakimiyyətinin "Sosial-iqtisadi inkişaf” şöbəsində baş iqtisadçı, "Sənaye-nəqliyyat” şöbəsində təlimatçı vəzifələrində çalışıb.

1993-cü ildə fəaliyyətini Bakı şəhərində davam etdirib, "Samur-S” firmasının baş mühasibi vəzifəsində çalışıb. 1995-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Sahibkarlığa Kömək Milli Fondunda "Maliyyə və auditor həzarəti” şöbəsinin baş iqtisadçısı olub, 1997-1998-ci illərdə Komitənin təsis etdiyi "KOS sığorta”nın direktoru vəzifəsində çalışıb.

1999-2003-cü illərdə "Klassik-Aİ” şirkətində əvvəlcə baş mühasib, sonra icraçı direktor kimi çalışmış, 30 sentyabr 2003-cü ildə "Cənubtikintiservis” ASC-nin baş mühasibi – maliyyə müdiri vəzifəsinə təyin edilib.

16 oktyabr 2006-cı ildən ARDNŞ-nin vitse-prezidentinin müşaviri, 16 aprel 2007-ci il tarixindən isə ARDNŞ-nin Ekoloqiya İdarəsinin rəis müavini vəzifəsində çalışır.

31 mart 2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism