Mehdi Nəcəfov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Mehdi Nəcəfov

 

Mehdi Ağabala oğlu Nəcəfov 1958-ci il martın 10-da Bakı şəhərində anadan olub.


Dövlət qulluğunun baş müşaviridir.


Azərbaycan Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat” fakültəsinin məzunudur.

Əmək fəaliyyətini SSRİ Mərkəzi Statistika İdarəsi (sonradan Dövlət Statistika Komitəsi) Ümumittifaq Dövlət Layihə-Texnoloji İnstitutunun Azərbaycan filialında (müstəqillik əldə ediləndən sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunda) mühəndis proqramçı vəzifəsində işə başlayaraq institutun direktoru vəzifəsinə kimi yüksəlib.

1996-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin İqtisadi Təhlil və İnformasiya idarəsinin rəisi (kollegiya üzvü), 1999-2001-ci illərdə Azərbaycan Respublikası Əmlak Nazirliyinin Analitik-İnformasiya və Konsaltinq Agentliyinin rəhbəri vəzifəsində, 2001-2006-cı illərdə isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Proqram təminatı və texniki Xidmətlər Agentliyinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini (rəis əvəzi) vəzifəsinə təyin olunub.

"Dövlət qulluğunda fərqlənməyə görə” Prezidentin Sərəncamı ilə medalla təltif olunub.

Fəaliyyət dövrü ərzində bir neçə layihəyə, o cümlədən Dövlət Statistika Komitəsində ilk dəfə Gömrük Komitəsi üçün "Azərbaycan Respublikasına idxal və ixrac” Avtomatlaşdırılmış informasiya sistemi (1994), Dövlət Əmlak Komitəsində "Dövlət əmlakını idarə etməsi” Avtomatlaşdırılmış informasiya sistemi (1997), Ədliyyə Nazirliyində "Əhalinin dövlət reyestri” və "Qüvvədən düşmüş sənədlərin dövlət reyestri” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri (2006, 2014), "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” sisteminə (2012) rəhbərlik edib.

İdman sahəsində də fəal olub. 1987-ci ildə azərkeşlər arasında Respublika mini futbol çempionatının bürünc medalını qazanmış "Flamenqo” komandasının kapitanı olub. Sonrakı illərdə Respublika çempionu və kubok yarışının qalibi olan bu komandanın baş məşqçisi kimi çalışıb. Keçmiş Sovet məkanında ilk və sonuncu dəfə keçirilmiş ölkə birinciliyində və kubokunda Azərbaycanı təmsil edən və hər iki yarışda "ən texnikalı komanda” diplomuna layiq görülmüş "Flamenqo” komandasının baş məşqçisi (1989-1991) olub.

Müstəqillik illərində Respublikada ilk qeydiyyatdan keçmiş "Xəzri” Futzal Klubunun ("Flamenqo” komandasının əsasında) yaradıcısı və baş məşqçisi olub. Xəzri komandası ilə MDB futzal çempionatının yüksək liqasında Azərbaycanı təmsil edib və 4-cü yeri qazanıb (digər iştirakçılardan fərqli olaraq maliyyə çatışmazlığı ilə əlaqədar yarışların birində iştirak etmədiyindən, xallardan məhrum olub, 1993-cü il). "Xəzri” futbol klubunun əsasında formalaşdırılmış və 1997-1999-cu illərdə üç dəfə futzal üzrə Respublika çempionu və ölkə kubokunun sahibi olan "Avtomobilçi” Futzal klubunun rəhbəri olub.

1997-ci ildə AFFA-nın rəhbərliyi tərəfindən Futzal Federasiyasının sədri vəzifəsinə dəvət olunsa da, əmək istiqamətində gərginliyi nəzərə alaraq imtina edib.

16 oktyabr 2015-ci ildən "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism