Zaur Qəhrəmanov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Zaur Qəhrəmanov

Zaur Tofiq oğlu Qəhrəmanov 1982-ci il aprelin 19-da Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisadi Universitetinin "Beynəlxalq İqtisadi Əlaqələr” fakültəsinin məzunu, Çikaqo Universitetinin Booth Biznes Məktəbində Biznes Idarəetmə Magistri (MBA) dərəcəsinə yiyələnib.

İş fəaliyyətinə Bakıda, KPMG şirkətində vergilər üzrə mütəxəssis vəzifəsində başlayıb. Daha sonra "Statoil” şirkətində vergilər və hüquq üzrə məsləhətçi postunda çalışıb, 2007-2008-ci illərdə həmin şirkətin Oslodakı baş ofisində fəaliyyət və iqtisadi üzrə təhlilçi vəzifəsini yerinə yetirib.

2008-2012-ci illər ərzində Cenevrədə (İsveçrə) SOCAR Trading Qrupunun baş maliyyə direktoru vəzifəsində çalışıb. 2013-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis muavinidir.

31 mart 2015-ci ildən "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.


Ailəlidir, iki övladı var.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism