İdman direktoru | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

İdman direktoru



Ceyhun Oqtay oğlu Sultanov 1979-cu il iyunun 12-də Bakıda anadan olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Futbol fakültəsinin məzunudur.

1997-1998-ci illərdə "Neftçi”nin şərəfini qorumuş Ceyhun Sultanov 1996-1997-ci illərdə "Fərid”, 1998-2001-ci illərdə "Dinamo”, 2003-2004-cü illərdə "Maşinsazi” (Təbriz), 2004-2007-ci illərdə "Bakı”, 2007-2010-cu illərdə "Xəzər Lənkəran”, 2010-2012-ci illərdə "Kəpəz”, 2012-ci ildə "Sumqayıt”, 2013-cü ildə isə "Qəbələ” klublarında çıxış edib. Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

2013-2014-cü illərdə "Bakı”da seleksiyaçı məşqçi, 2014-2018-ci illərdə "Sumqayıt”da baş menecer vəzifələrində çalışıb.

2018-ci il fevralın 21-dən "Neftçi” PFK-nın idman direktorudur.

Evlidir, üç övladı var.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism