Kadr, Hüquq və Lisenziyalaşdırma Departamenti | Neftçi PFK
“Neftçi” Peşəkar Futbol Klubu
Kadr, Hüquq və Lisenziyalaşdırma Departamenti
Gülnarə
Fikrət qızı Adıgözəlova 1977-ci il fevralın 24-də Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” fakültəsini bitirib.
1996-2001-ci illərdə "Təmas” hüquq kooperativində hüquq məsləhətçisi, N.Qasımov
adına 1 saylı doğum evində hüquq məsləhətçisi vəzifəsini yerinə yetirib.
2006-2012-ci
illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin
Mənzil Kommunal Xidmətləri Departamentinin kadrlar şöbəsinin rəis müavini,
2012-2014-cü illərdə həmin departamentin icraya nəzarət və kargüzarlıq şöbəsinin rəisi vəzifəsində
çalışıb.
2014-2015-ci
illərdə "Neftçi” Peşəkar Futbol Klubunun kadr, rejim və əmək haqqı şöbəsinin rəisi, klubdakı struktur dəyişikliklərdən sonra isə Kadr, Hüquq və Lisenziyalaşdırma
departamentinin rəisi vəzifəsində çalışır.