Media və İctimaiyyətlə Əlaqələr Departamenti | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Mehman Füzuli oğlu Rəsulov 1984-cü il fevral ayının 12-də Bakı şəhərində anadan olub.

2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin "Jurnalistika” fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2007-2011-ci illərdə ANS televiziyasının "Salam Azərbaycan” proqramında prodüser, daha sonra "İdman” şöbəsində müxbir, xüsusi müxbir və "Toplu topsuz” proqramında aparıcı vəzifələrində çalışıb.

2010-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idman jurnalisti seçilib.

2011-ci ildən "Neftçi” PFK-da sayt üzrə redaktor vəzifəsində çalışmağa başlayıb. 2015-ci ildə klubun "Media və İctimaiyyətlə Əlaqələr Departamenti”nin rəhbəri vəzifəsinə təyin edilib.

2015-ci ildə lentə alınmış "Arzuların ardınca” bədii filminin ssenari müəllifidir.

Ailəlidir, 1 övladı var.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism