Prezident | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Prezident




















Kamran Fikrət oğlu Quliyev 1978-ci il iyulun 16-da Bakıda anadan olub.

1995-96-cı illərdə Xəzər Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1996-97-ci illərdə Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Beynəlxalq Amerikan Universitetinin Biznes idarəçiliyi fakültəsində təhsilini davam etdirib. 1997-99-cu illərdə isə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alıb.

1997-98-ci illərdə Most-Bank Azərbaycanın (Bank Standart) Plastik kartlar departamentində mütəxəssis kimi iş fəaliyyətinə başlayıb. 2001-03-cü illərdə "Studiya Plyus” MMC-də (İnternet layihələrin yaradılması) baş direktor olub. 2003-06-cı illərdə Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentində baş mütəxəssis vəzifəsini yerinə yetirib. 2006-09-cu illərdə "Ailə TV” kabel televiziyasının baş direktoru vəzifəsini icra edib. 2009-11-ci illərdə AFFA-nın Texniki departamentində texniki direktorun müavini vəzifəsində işləyib. 2011-18-ci illərdə "Sumqayıt” FK-nın prezidenti olub.

2018-ci il fevralın 16-dan "Neftçi” PFK-nın prezidentidir.

Rus və ingilis dillərini mükəmməl bilir. Evlidir, iki övladı var.


Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism