Elnur Zakir
oğlu Eyvazov 1986-cı il iyunun 24-də Gəncədə anadan olub.
Azərbaycan
Dövlət Memarlıq və İnşaat Universitetinin Tikinti inşaat və
idarəetmə fakültəsinin məzunudur.
2010-2011-ci
illərdə "LED Technology in Azerbaijan” şirkətinin direktoru
vəzifəsində işləyib. 2010-2012-ci illərdə "Mega Sığorta”
və "Luxury Motors of USA” şirkətlərinin marketinq şöbələrində
çalışıb, 2014-2016-cı illərdə "CODA Travel” agentliyinin
təsisçi-direktoru vəzifəsini icra edib. 2012-ci ildən "AdCo”
şirkətinin təsisçi-direktoru vəzifəsində çalışır.
2016-2017-ci illərdə
"Neftçi" PFK-nın icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb, 2017-ci il iyul
ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında
baş verən struktur dəyişiklikdən sonra, "Neftçi" PFK-nın vitse-prezidenti
postuna təyin olunub.
Rus və ingilis dillərini mükəmməl bilir.
Evlidir,
iki övladı var.