ASAN Xidmət | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

ASAN Xidmət

"Neftçi” PFK "ASAN Xidmət” ilə 16.10.2015-ci il tarixdə yeni titul sponsoru razılaşmasını imzalamış və rəsmi oyun geyim dəstlərində "ASAN Xidmət”in rəsmi loqosu ilə Azərbaycan çempionatı və kubokunda çıxış edir. Əhalinin böyük hissəsinə yüksək səviyyədə xidmət göstərən agentliklə əməkdaşlıq sayəsində xalq komandası olan "Neftçi” xalqın nümayəndələrinə bir qədər də yaxınlaşacaq. Bununla yanaşı, "ASAN Xidmət” "Neftçi” PFK-nın bir çox layihələrinə, eləcə də üzvlük kartları layihəsinə böyük dəstək vermiş olacaq. "Neftçi” PFK isə öz növbəsində yeni titul sponsorunun adını idmanın şahı sayılan futbol sahəsində təbliğ etməyə çalışacaq. Qeyd etmək lazımdır ki, "ASAN Xidmət”in bu günə qədər olan istifadəçi sayı artıq 8 milyonu keçib. Dövlət qurumu 10 nazirlik xidmətini əhaliyə göstərir.

Bu Niyyət Razılaşmasınının məqsədi Azərbaycan Respublikasında futbolun təbliğatını həyata keçirmək və gənc nəsil arasında sağlam həyat tərzinə marağı artırmaq, həmçinin Azərbaycan Respublikasına məxsus "ASAN Xidmət” brendinin ölkə və beynəlxalq miqyasda təbliğatını həyata keçirməkdən ibarətdir.

Bu Niyyət Razılaşmasınının məqsədlərinə nail olmaq üçün Tərəflər aşağıdakı ilkin tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlirlər:

"Neftçi” PFK-nın "A” (əsas) komandası tərəfindən ona məxsus rəsmi idman formalarında bu Niyyət Razılaşmasının 1 nömrəli əlavəsində əksini tapmış "ASAN Xidmət” brendinin əvəzsiz qaydada yerləşdrilməsi;

"Neftçi” PFK tərəfindən klubun rəsmi oyunları üçün əvəzsiz qaydada biletlərin təmin edilməsi;

Dövlət Agentliyi tərəfindən onun tabeliyində olan "ASAN Xidmət” mərkəzlərində "Neftçi” PFK-nın rəsmi oyunlarına bilet və "Neftçi” üzvlük kartlarının satışlarının təşkili üçün müvafiq şəraitin yaradılması;

Hər iki tərəfin rəsmi internet səhifələrində qarşı tərəflə əlaqədar məlumatın yerləşdirilməsi;

Qarşılıqlı görüşlərin və səfərlərin təşkili;

Qarşılıqlı bilik, məlumat və təcrübə mübadiləsi.


Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism