Turkish Airlines | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Turkish Airlines

Dünyanın məşhur hava yolları şirkətlərindən sayılan "Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas 2015-ci il noyabrın 26-da "Neftçi” PFK-nın qonağı olub. Klubun inzibati binasında baş tutmuş görüşdə icraçı direktor Elnur Məmmədov və Seyfullah İlyas gələcək əməkdaşlıq planlarından danışıblar.

Görüşün sonunda türkiyəli qonağa "Neftçi”nin forması hədiyyə edilib. Seyfullah İlyas öz növbəsndə üzərində "Türk Hava Yolları” şirkətinin adı yazılmış simvolik hədiyyəni kluba təqdim edib.

Qeyd edək ki, THY 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda şirkət 110 ölkənin 277 nöqt
əsinə uçuşlar təşkil edir. "Barselona”, "Mançester Yunayted”, "Şaxtyor” (Donetsk) kimi nəhəng klublara sponsorluq etmiş "Türk Hava Yolları” hazırda "Borussiya” (Dortmund) və "Marsel”lə əməkdaşlıq edir. Şirkət Türkiyənin 4 böyük klubu - "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir. Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudur.


Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism