"Bakcell Arena"nın "Stadium Tour"u nədən ibarətdir?
1. Media center – Stadium Tour akkreditasiyalarının paylanması, "Neftçi” PFK-nın vurduğu qollardan hazırlanmış video-reportajın (ekran) nümayiş etdirilməsi;
2. Konfrans otağı – kubok, backdrop və "Neftçi” PFK-nın stendi ilə fotoların çəkilməsi;
3. Paltardəyişmə otağına səfər – "Neftçi” PFK-nın futbolçularının rəsmi oyun geyimlərilə fotoların çəkilməsi;
4. Mix Zone – Müsahibələrin götürüldüyü yerdə fotoların çəkilməsi;
5. Tunel – Meydançaya daxil olmamışdan əvvəl tur iştirakçıları öz aralarında kapitanı müəyyənləşdirir və bir nəfərə kapitan sarğısı verilir, "Neftçi” PFK-nın azarkeşlərinin səsi meydançaya verilir və qonaqlar meydana alqış sədaları ilə daxil olurlar;
6. Meydan – qonaqlar hakimin püşkatma prosesilə tanış olur və texniki zonada fotolar çəkdirirlər. Burada qonaqlara arenanın tutumu, meydançanın ot örtüyü, standart ölçüləri və digər maraqlı məlumatlar verilir;
7. Fan-shop stand – burada qonaqlar "Fan-shop” guşəsilə tanış olur və onlara "Neftçi” PFK-nın forma və şərfi hədiyyə edilir;
8. Tribuna – Hər kəs aldığı forma və şərfi geyinməklə 3A tribunasından meydançaya baxır və bu zaman ümumi fotolar çəkilir.
9. VİP lounge – burada qonaqlara çay, su, müxtəlif şirələr və çərəzlər verilir;
10. Presidential Skybox – qonaqlar "Neftçi” PFK-nın rəhbərliyinin oyunu izlədiyi yerlə tanış olur;
11. Hədiyyə olaraq gözlənilmədən qonaqların çəkdirdiyi fotoları "Neftçi” PFK-nın futbolçusu təqdim edir;
12. Final – "Neftçi” PFK-nın rəsmi sayt və sosial şəbəkələrdəki rəsmi səhifələri haqqında qonaqların təəssüratlarının öyrənilməsi;
"Stadium
Tour”da iştirak etmək istəyənlər stadiumtour@neftchipfk.com elektrom ünvanına soyadını, adını, atasının adını, mobil nömrəsini və şəxsiyyət
vəsiqəsinin nömrəsini göndərə bilərlər.