"Neftçi” Peşəkar Futbol Klubu gənclərimizin inkişafı, onların
biliklərinin artırılması və iş təcrübəsi qazanması
məqsədilə həyata keçirilən idmanın inkişafı istiqamətində
"könüllülük” ictimai faydalı fəaliyyətini təklif edir.
Bizim könüllülərimiz "Neftçi” PFK-nın iştirak etdiyi
bütün ölkədaxili və qitəmiqyaslı turnirlər çərçivəsində
ev oyunlarımızın təşkilində, oyunlarımız zamanı əyləncəli
tədbirlərin keçirilməsində və bir çox sosial layihələrimizdə
bilavasitə iştirak etməklə fərdi qaydada bilik və
bacarıqlarının inkişafına nail olmaqla bərabər, həm də
gələcək həyatlarının əsas tələblərindən biri olan böyük
iş təcrübəsi qazanırlar. Bununla yanaşı, klubumuzdakı
fəaliyyətləri zamanı sevdikləri komandaya daha yaxın olur,
özlərinə yeni dostlar qazanır və "Neftçi” PFK-nın təşkil
etdiyi seminarlar, turlar və əyləncəli tədbirlərdə iştirak
edərək asudə vaxtlarını daha səmərəli və faydalı istiqamətə
yönəltmiş olurlar. Könüllülərimiz nəzərdə tutulmuş
fəaliyyət müddətlərinin sonunda və yaxud fəaliyyət müddətləri
ərzində bir neçə dəfə nizamnaməmizə uyğun olaraq klubumuzun təsis etdiyi sertifikatlar və digər xatirə hədiyyələri ilə
təltif olunurlar.
Əgər siz də "Neftçi” PFK-nın
könüllülərinə qoşulmaq istəyirsinizsə, özünüz haqqında
məlumatları (soyad, ad, ata adı, doğum tarixi, elektron ünvan,
şəxsiyyət vəsiqəsinin nömrəsi və
fotoşəkil) volunteer@neftchipfk.com elektron ünvanına göndərə bilərsiniz.