"Neftçi" Şəhidlər Xiyabanını ziyarət etdi

19 yanvar 2020, 19:00

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 30 il ötür. "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov, "Neftçi-2”nin və Futbol Akademiyasının üzvləri Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlər Xiyabanını ziyarət edərək, məzarlar önünə gül qoyublar.