"Neftçi-2" sonuncu yoxlama oyununda qalib gəldi

29 yanvar 2020, 19:00

"Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Əvəzedicilər "Sabah-2”yə 4:1 hesabı ilə qalib gəlib. Binə qəsəbə stadionunda baş tutmuş görüşdə komandamızın qollarını Asim Əlizadə, Elnur Süleymanov, Muxtar Əliyev və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, "Neftçi-2” bundan əvvəlki sınaq matçlarında "Qaradağ Lökbatan” (3:2), MOİK (4:0) və "Qarabağ-2” (1:1) ilə qarşılaşmışdı.