“Neftçi” PFK ilə “Bella Pizza” arasında tərəfdaşlıq müqaviləsi bağlanıb

29 yanvar 2021, 16:00

“Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Klubla “Bella Pizza” arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər ilkin mərhələdə 6 aylıq müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Bella Pizza” ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində “Bella Pizza”nın da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək. Həmçinin birlikdə klub azarkeşləri üçün müxtəlif kampaniyalar təşkil ediləcək. “Bella Pizza” isə komandanın qidalanmasına dəstək verəcək.

Bella Pizza - gülərüz personal, münasib qiymətlər, rahat interyer və ən əsası şəhərin ən ləzzətli pizzası deməkdir! Burada yalnız təzə xəmir və ən keyfiyyətli məhsullar istifadə olunur. Restoranda təqdim olunan bütün təamlar peşəkar aşpazlar tərəfindən hazırlanır. Sifarişinizin birbaşa evinizə və ya ofisinizə çatdırılmasını istəsəniz, *1717 nömrəsi ilə əlaqə saxlayıb, çatdırılma xidmətimizdən yararlana bilərsiniz! Həmçinin restoranda uşaqlar üçün master-klasslar və müxtəlif tədbirlər keçirilir! Bella Pizza-ya baş çəkib, burada ən ləzzətli və keyfiyyətli pizzanın hazırlanmasına əmin olacaqsınız!