“Zirə” ilə cavab matçı 17:30-da başlanacaq

3 fevral 2021, 10:00

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab matçını fevralın 7-də keçirəcək. “Zirə” ilə Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 17:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” yarımfinala yüksələcəyi halda, aprelin 21-i və 29-u olacaq oyunlarda “Keşlə” – “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək. Final matçı isə mayın 28-i keçiriləcək.