“Neftçi” Azərbaycan Kubokunda mübarizəni dayandırdı

7 fevral 2021, 19:30

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab matçını keçirib. Komandamız Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə heç-heçə edib – 0:0. Bununla da, iki oyunun nəticəsinə görə (0:1) məğlub olan “ağ-qaralar” mübarizəni dayandırıb.

“Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 10.Saman Nərimancahan (28.Stiven Jozef-Monroz, 46), 22.Mirabdulla Abbasov, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 17.Bruno Teluşi, 20.Mert Çelik, 26.Ömər Buludov, 37.Vüsal Əsgərov, 56.Elton Əlibəyli, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı.