“Neftçi” “Zəfər” turnirində iştirak edəcək

10 fevral 2021, 15:00

AFFA-nın təşkilatçılığı ilə AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşlarının iştirakı ilə “Zəfər” turniri keçiriləcək. Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirdə “Neftçi” ilk oyununu bu gün 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun süni örtüklü futbol meydançalarında təşkil olunacaq turnirin bu mərhələsində “Keşlə” – PFL, “Zirə” – “Səbail”/“Sumqayıt” cütünün qalibi, “Qarabağ” – AFFA/“Sabah” cütünün qalibi matçları da baş tutacaq.