“Neftçi” – “Qəbələ” matçı saat 18:00-da başlanacaq

14 fevral 2021, 10:00

Premyer Liqanın 16-cı turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun başlanma saatı açıqlanıb. Fevralın 20-si “Bakcell Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 15 oyundan 30 xalla 1-ci yeri tutur.