“Qəbələ” ilə oyuna hazırlıq başladı

17 fevral 2021, 18:30

“Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyun üçün hazırlığa başlayıb. Komandamızın üzvləri bir günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazılıq prosesində yeni transfer Ahmed Ahmedov da iştirak edib.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu fevralın 20-si saat 18:00-da “Bakcell Arena”da keçiriləcək.