“Neftçi” – “Qəbələ” matçını İnqilab Məmmədov idarə edəcək

19 fevral 2021, 14:35

Premyer Liqada 16-cı turun təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Pərvin Talıbov və Nahid Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu fevralın 20-si saat 18:00-da “Bakcell Arena”da keçiriləcək.