“Neftçi”dən son dəqiqə qələbəsi

20 fevral 2021, 20:00

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 16-cı turda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov 8.Emin Mahmudov (K), 17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov (9.Ahmed Ahmedoc, 56), 24.Yusuf Laval (10.Saman Nərimancahan, 46), 28.Stiven Jozef-Monroz, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 27.Fərid Yusifli, 29.Sabir Buqrin, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 33 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.