“Zirə” – “Neftçi” matçı saat 16:00-da başlanacaq

21 fevral 2021, 10:00

Premyer Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Zirə” – “Neftçi” oyununun başlanma saatı açıqlanıb. Fevralın 25-i Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 16 oyundan 33 xalla 1-ci yeri tutur.