“Neftçi Esports” “Qarabağ”ı məğlub edib zirvəyə yüksəldi

2 mart 2021, 10:30

“Neftçi Esports” E-Milli Liqada 5-ci qələbəsini qazanıb. Komandamız “Qarabağ”ı 7:3 (4:2, 3:1) hesabı ilə məğlub edib. Bununla da 5 oyundan 15 xal toplayan “Neftçi Esports” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə iki dövrədən ibarət dairəvi sistemlə keçirilən turnirdə 15 komanda mübarizə aparır.