“Neftçi” – “Keşlə” matçı saat 18:15-də başlanacaq

4 mart 2021, 12:00

Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Keşlə” oyununun başlanma saatı açıqlanıb. Martın 8-i “Bakcell Arena”da baş tutacaq görüş saat 18:15-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” 18 oyundan 36 xalla 1-ci yeri tutur.