“Sabah”la oyunun hazırlığı başa çatdı

24 aprel 2021, 19:23

“Neftçi” Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşacağı “Sabah”la oyunun hazırlığını başa vurub. Komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə matçöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu aprelin 25-i saat 19:15-də “Bank Respublika Arena”da keçiriləcək.