“Neftçi” “Sabah”la heç-heçə etdi

25 aprel 2021, 21:56

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 24-cü turda “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”da baş tutan görüş heç-heçə bitib – 2:2. “Ağ-qaralar”ın hər iki qolunu Namik Ələskərov 36 və 60-cı dəqiqələrdə penaltidən vurub. Rəqibdən isə Təmkin Xəlilzadə (24-cü dəqiqə - pen.) və Ramil Şeydayev (29-cu dəqiqə) fərqlənib.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 4.Keysuke Honda, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 22.Mirabdulla Abbasov, 29.Sabir Buqrin, 36.Mamadu Kane, 91.Tallison Dias.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 9.Ahmed Ahmedov, 17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 49.Rener Alves De Souza, 70.Asim Əlizadə, 80.İsmayıl Zülfüqarlı.

Qeyd edək ki, “Neftçi” 24 oyundan 47 xalla 2-ci yeri tutur.