“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

5 fevral 2022, 15:35

Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 7-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.