“Neftçi-2” sonuncu yoxlama oyununda heç-heç etdi

9 fevral 2022, 16:31

“Neftçi-2” qış fasiləsində sonuncu yoxlama oyununu keçirib. Əvəzedicilərimiz “Keşlə-2” ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə heç-heçə qeydə alınıb – 2:2. “Ağ-qaralar”ın qollarını Nihad Qurbanlı və Valeh Qəhrəmanlı vurublar.

Qeyd edək ki, “Neftçi-2” bundan əvvəl “Füzuli” (4:1), “Turan Tovuz” (1:1) və “Qarabağ-2” (0:1) ilə qarşılaşmışdı.