“Keşlə” ilə oyunun biletləri satışda

18 fevral 2022, 11:00

Premyer Liqanın 16-cı turu çərçivəsində fevralın 19-u saat 17:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Keşlə” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 17:15-dək işləyəcək.