“Neftçi-2” Lökbatanda məğlub oldu

1 mart 2022, 17:58

“Neftçi-2” I Divizionda ardıcıl ikinci məğlubiyyətini alıb. Əvəzedicilərimiz 16-cı turda “Qaradağ Lökbatan”a uduzub – 0:2. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçın 23-ci dəqiqəsində Sərxan Abdullayevin qolu ilə hesabı açan meydan sahibləri 84-cü dəqiqədə daha bir qol vurub. Elnur Cəfərov fərqlənib. 41-ci dəqiqədə Mirabdulla Abbasov qırmızı vərəqə aldığı üçün komandamız sonrakı vaxtı azlıqda keçirib.

Qeyd edək ki, “Neftçi-2” hazırda 15 oyundan 23 xalla 5-ci yeri tutur.