“Neftçi-2” Tovuzda məğlub oldu

30 noyabr 2022, 18:25

“Neftçi-2” I Divizionda növbəti oyununa çıxıb. “Ağ-qaralar” 12-ci turda “Turan Tovuz-2”nin qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda əvəzedicilərimiz məğlub olub – 1:4. Komandamızın qolunu 90+1-ci dəqiqədə penaltidən İbrahim Novruzov vurub.

Qeyd edək ki, “Neftçi-2” 11 oyundan 25 xalla turnir cədvəlində 1-ci yeri tutur. Bir oyun az keçirmiş “Araz Naxçıvan”ın 23 xalı var.