“Neftçi” qış fasiləsində ilk transferini rəsmiləşdirdi

9 yanvar 2023, 14:30

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib. Azərbaycan milli komandasının üzvü Höccət Haqverdi ilə 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı müdafiəçi komandamızın heyətində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib. Milli komandamızın heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.