“Neftçi” Zirədə qələbəni əldən verdi

1 aprel 2023, 22:10

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 28-ci turda “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç heç-heçə nəticələnib – 1:1. 11-ci dəqiqədə Kilan Lebon gözəl qolla hesabı açsa da, 70-ci dəqiqədə avtoqol qeydə alınıb. Rəqib futbolçu Sertan Taşkının zərbəsindən sonra Kenni Sayefə toxunan top qapımızdan keçib.

Qeyd edək ki, “Neftçi” 28 oyundan 57 xalla turnir cədvəlində 3-cü yeri tutur.