“Neftçi-2”dən böyükhesablı qələbə

18 aprel 2023, 19:15

“Neftçi-2” I Divizionda böyükhesablı qələbə qazanıb. Əvəzedicilərimiz 25-ci turda “Sumqayıt-2”ni 6:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə Vüsal Əsgərov het-trikə imza atıb. “Ağ-qaralar”ın digər qollarını Ağadadaş Salyanski, Elşad Tağıyev və Aşqin Abazərov vurublar. Rəqibin heyətində isə Xəzər Mahmudov fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 23 oyundan 50 xalla turnir cədvəlində 2-ci yeri tutur.