“Neftçi-2”dən qollu heç-heçə

26 aprel 2023, 17:57

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 26-cı turda “Zirə-2”nin qonağı olub. Binə qəsəbə stadionunda keçirilən matç heç-heçə nəticələnib – 1:1. 38-ci dəqiqədə komandamızın üzvü Aşqin Abazərov hesabı açsa da, 66-cı dəqiqədə Taleh Fərmanov bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi-2” 24 oyundan 51 xalla turnir cədvəlində 2-ci yeri tutur.