“Neftçi” finalda!

27 aprel 2023, 00:00

“Neftçi” Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Komandamız 1/2 final mərhələsinin cavab oyununda “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub etməklə buna nail olub. “Bakcell Arena”da baş tutan matçda qolları Emin Mahmudov (90+3-cü dəqiqə) və Kenni Sayef (90+8-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” iyunun 3-də keçiriləcək final oyununda “Səbail” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq.