“Qarabağ”la oyunun hazırlığı yekunlaşdı

1 may 2023, 20:01

“Neftçi” Premyer Liqanın 32-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını yekunlaşdırıb. “Ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, mayın 2-si “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.