“Qarabağ”la matçı İnqilab Məmmədov idarə edəcək

2 may 2023, 14:15

Premyer Liqada 32-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Eyyub İbrahimov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu mayın 2-si saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.