“Şamaxı” ilə oyuna hazırlıq davam edir

12 may 2023, 14:03

“Neftçi” Premyer Liqanın 34-cü turu çərçivəsində qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, mayın 14-ü saat 20:30-da “Bakcell Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq matçın biletlərini “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-samaxi-fk5/92459

“Bakcell Arena”nın kassalarında isə qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.