“Neftçi” Futbol Məktəbinin Qara Qarayev filialının açılış mərasimi olub

15 may 2023, 18:30

“Neftçi” Futbol Məktəbinin Qara Qarayev filialının açılış mərasimi olub. Qara Qarayev prospekti, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Amasiya” İdman Sağlamlıq Kompleksində keçirilən tədbirdə “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, U-9 komandamızın baş məşqçisi İslam Kərimov, həmçinin əsas komandamızın üzvləri – Emin Mahmudov, Kilan Lebon, İsmayıl Zülfüqarlı və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimindən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Himndən sonra Cemal Bülbül və İslam Kərimov çıxıb ediblər. Ardınca tort kəsilib və əsas komandamızın futbolçuları “Neftçi” Futbol Məktəbinin üzvləri ilə görüşüb. Daha sonra yeniyetmə futbolçular tərəfindən məşq elementləri nümayiş olunub. Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Neftçi” Futbol Məktəbi 2022-ci ilin yanvarında “Türk Hava Yolları Futbol Mərkəzi”ndə fəaliyyətə başlayıb. Həftədə 3 dəfə keçirilən məşq prosesində UEFA lisenziyasına malik peşəkar məşqçi, inzibati və tibbi heyəti iştirak edir. Bundan əlavə, “Neftçi” Futbol Məktəbinin U-11, U-13 və U-15 komandaları Ulduzlar Liqasında mübarizə aparır.

Övladınızın böyük futbolda ilk addımını “Neftçi” Futbol Məktəbində atmağını, peşəkar məşqçilərin rəhbəriyi altında həftənin 3 günü məşq etməsini istəyirsinizsə, buyurun, gəlin. Flaqman övladlarınızın yolunu gözləyir.

Əlaqə saxlamaq üçün:
Telefon: +994 5 1937 1937
Email: [email protected]
https://www.instagram.com/neftchifootballschool/
https://www.facebook.com/neftchifootballschool