“Neftçi-2” “Araz Naxçıvan”a qalib gəldi

16 may 2023, 18:25

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 29-cu turda “Araz Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda komandamızın qollarını Elşad Tağıyev (44-cü dəqiqə - pen.) və Fariz Xeyrullayev (64-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Fərid Kərimzadə (49-cu dəqiqə) fərqlənib. 55-ci dəqiqədə “Neftçi-2”dən Həbib İsmayılov, 60-cı dəqiqədə “Araz Naxçıvan”dan Emil Bayramov qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, bunadək 2-ci yeri təmin etmiş “Neftçi-2” 27 oyundan 56 xal toplayıb.