Final oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq

26 may 2023, 11:30

İyunun 3-ü saat 20:00-da “Bakcell Arena” stadionunda “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunundan öncə hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı müəyyənləşib:

2 iyun, saat 17:30 – “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı;

2 iyun, saat 18:00 – “Neftçi”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);

2 iyun, saat 19:30 – “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı;

2 iyun, saat 20:00 – “Qəbələ”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq)