“Neftçi” çempionatı qələbə ilə başa vurdu

28 may 2023, 19:43

“Neftçi” Premyer Liqada mövsümdəki son oyununa çıxıb. “Ağ-qaralar” 36-cı turda “Sabah”a qalib gəlib – 1:0. Qələbə qolunu “Bakcell Arena”da keçirilən matçın 9-cu dəqiqəsində Emin Mahmudov vurub. 59-cu dəqiqədə isə qonaqların üzvü Aleksey Kaşukun yerinə yetirdiyi penalti zərbəsindən sonra top qapı dirəyindən geri qayıdıb.

Qeyd edək ki, 36 oyundan 68 xal toplayan “Neftçi” mövsümü 3-cü yerdə başa vurub.