Gənclər Liqasında böyükhesablı məğlubiyyət

29 may 2023, 20:13

“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. Komandamız 39-cu turda “Sabah”a böyük hesabla məğlub olub – 1:4. “ASK Arena”da baş tutan görüşdə “ağ-qaralar”ın təsəlli qolunu 86-cı dəqiqədə penaltidən Vüqar Əlizadə vurub.

Qeyd edək ki, “Neftçi” 36 oyundan 81 xalla 2-ci yeri tutur.