Final matçının biletləri satışda

30 may 2023, 15:40

Azərbaycan Kubokunun final oyunu çərçivəsində iyunun 3-ü saat 20:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb. Komandamızın azarkeşləri üçün nəzərdə tutulan və qiyməti 2, 3, 5 və 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar hər gün saat 10:00-dan 18:00-dək, oyun günü isə 10:00-dan 20:00-dək işləyəcək.